BAKI, 23 mart. TELEQRAF

Ermənistan Avropa İttifaqı (Aİ) ilə Gürcüstan arasında münasibətlərin normallaşdırılması prosesində iştirak edir.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.

“Gürcüstan və Aİ arasında danışıqlarda irəliləyiş Ermənistan-Aİ münasibətlərinin inkişafı üçün daha müsbət mühitin yaradılmasına töhfə verir”, - o qeyd edib.

Kostanyanın sözlərinə görə, İrəvan Brüssel və Tbilisi arasında dialoqun normallaşdırılmasında və onu konstruktiv kanala qaytarmaqda maraqlıdır: “Biz də bu istiqamətdə müəyyən işlər görürük”.

Ermənistan Baş naziri Nikol Paşinyan bundan öncə bəyan etmişdi ki, İrəvanın Avropaya inteqrasiyasına əsas maneə Aİ ilə Gürcüstan arasında dialoqun faktiki olaraq dondurulmasıdır.