BAKI, 12 mart. TELEQRAF
“Gürcüstan tərəfindən bu barədə mənə heç bir xahiş və ya tövsiyə olmayıb, amma digər tərəfdən bizim üzərində işlədiyimiz ümumi gündəliyə daxil olan məsələlər var”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan brifinqdə deyib.
Baş nazir Gürcüstandan onun martın 11-də Avropa Parlamentindəki çıxışında Ermənistanın Avropa İttifaqına üzvlük yolunda ən böyük problemin Brüssellə Tbilisi arasında siyasi dialoqun dondurulması olduğunu bəyan etməsi ilə bağlı xahiş olub-olmadığı sualına belə cavab verib:
“Bu məsələ ilə bağlı narahatlığımı Avropa Parlamentinin tribunasında səsləndirdim. Çünki həqiqətən də Avropa İttifaqı-Gürcüstan münasibətlərindəki mövcud vəziyyət bizi narahat edir”.
Xatırladaq ki, Nikol Paşinyan martın 3-4-də Gürcüstanda səfərdə olub.