BAKI, 9 mart. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan martın 11-də Avropa Parlamentində çıxış edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Bildirilib ki, Nikol Paşinyanın çıxışı iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərindən əvvələ təsadüf edəcək. Seçkilərin ölkənin xarici siyasət prioritetlərinin, xüsusən də Avropa İttifaqı ilə münasibətlərin inkişafında və Azərbaycanla sülh prosesinin gələcək gedişatında mühüm rol oynayacağı gözlənilir.
Qeyd edək ki, bu, Nikol Paşinyanın Avropa Parlamentindəki ikinci çıxışı olacaq, burada sonuncu dəfə 2023-cü ildə çıxış edib.