BAKI, 26 fevral. TELEQRAF
Ermənistan sərhədçiləri Türkiyə ilə sərhəddəki “Axurik” sərhəd-keçid məntəqəsində Rusiya sərhədçilərini əvəz ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti tərəfindən qəbul edilmiş 2021-2026-cı illər üçün hökumət proqramının icrası ilə bağlı hesabatda bildirilib.
Mətndə deyilir ki, 1 mart 2025-ci il tarixindən etibarən Türkiyə ilə sərhəddəki “Axurik” keçid məntəqəsində yalnız Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının hərbçiləri xidmət edəcək.
“2026-cı ilin əvvəlindən etibarən “Axurik” keçid məntəqəsi yalnız Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları tərəfindən idarə olunur. Hazırda Ermənistan sərhədində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının tam nəzarəti altında olmayan aktiv sərhəd-keçid məntəqəsi yoxdur”.