BAKI, 26 fevral. TELEQRAF
“Gürcüstan Rusiyaya qarşı birtərəfli sanksiyalar tətbiq etməyib və tətbiq etməyəcək”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri Maka Boçorişvili deyib.
“Sanksiyalar tətbiq edə bilmərik və etməyəcəyik. Çünki bunun Rusiyaya demək olar ki, heç bir təsiri olmayacaq, amma Gürcüstana ciddi zərər vuracaq”, - nazir bildirib.
Xatırladaq ki, Almaniya, Fransa və Böyük Britaniyanın Tbilisidəki səfirləri birgə bəyanat yayaraq, Gürcüstan hakimiyyətini Rusiya neft məhsullarının alışından imtina etməyə və Moskvaya qarşı Avropa sanksiyalarına qoşulmağa çağırıblar.