BAKI, 26 fevral. TELEQRAF
Ermənistan hökuməti Avropa İttifaqının (Aİ) regional kommunikasiyaların (“Tramp Marşrutu”) açılmasında iştirak formasını müzakirə edir.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş nazir Nikol Paşinyan bildirib.
Baş nazir qeyd edib ki, Ermənistan 2022-ci ildən başlayaraq Aİ-dən konkret dəstək alır.
“Regionda yeni reallıq yaranıb. Ermənistan hökuməti Avropa İttifaqının iqtisadiyyatdan demokratik islahatlar və müdafiə (hərbi) gündəliyinə qədər Avropa İttifaqı ilə əməkdaşlığı dərinləşdirmək üçün regional kommunikasiyaların açılmasında necə iştirak edə biləcəyini müzakirə edir”, - Paşinyan vurğulayıb.