BAKI, 24 fevral. TELEQRAF

“Erməni kilsəsində heç bir keşişin insanlara siyasi baxış və partiya mənsubiyyətinə görə ayrı-seçkilik etmək hüququ yoxdur”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.

“Bütün keşişlər yadda saxlamalıdırlar ki, Köçəryan və oliqarxlara (Qaqik Sarukyan və Samvel Karapetyan) yox, kilsə və xalqa xidmət edirlər”, - o bildirib.