BAKI, 4 noyabr. TELEQRAF

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant və sosial məzuniyyətlə əlaqədar yaranmış vakant yerlərin kadr təminatı məqsədilə elan edilmiş işə qəbul prosesi miq.edu.az portalı üzərindən davam etdiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.

Bildirilib ki, cari ildə keçirilmiş müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində iştirak etmiş və müvafiq fənlər üzrə ehtiyatda olan namizədlərin vakant yerlərə yerləşdirilməsi prosesi mövcud qaydalar çərçivəsində həyata keçiriləcək.

Qeyd edilib ki, namizədlərin yerləşdirilməsi müvafiq fənlər üzrə topladıqları balların ardıcıllığı nəzərə alınmaqla təmin ediləcək.