BAKI, 23 fevral. TELEQRAF

“Düşmənə yalnız birləşməklə qalib gəlmək olar. Düşmənlə mübarizəyə gəldikdə ayrı-ayrı prioritetlərimiz olmamalıdır”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili deyib.

“Bu sabotaja qarşı hamımızın birləşməsinə ehtiyac var. Bilirəm, bəziləri söyləyirlər ki, ayrıca istəyirik, ayrıca layihəmiz olsun. Buna hörmətlə yanaşıram, amma düşünməliyik: sabotajı həyata keçirənlər düşməndirmi? Əgər düşməndirlərsə, onda düşmənə yalnız birləşməklə qalib gəlmək olar. Bu, adi siyasi proses deyil, söhbət ondan gedir ki, düşmənlə mübarizəyə gəldikdə artıq ayrı-ayrı prioritetlərimiz olmamalıdır”, - o bildirib.

Mixeil Saakaşvili Rusiyanın getdikcə zəiflədiyini vurğulayıb:

“Birlik odur ki, hamımız köhnə inciklikləri kənara qoyaq və birlikdə mübarizə aparaq. Yeganə yol mübarizədir. Yaxın həftələrdə İran diktaturasının da sonu gələcək, bu, Rusiyanı çox zəiflədəcək. Bunu qaçmağa yeri qalmayacaq olanlardan da soruşmaq lazımdır. Buna görə istəyirəm ki, hamımız bilək: həlledici məqamdır, sona qədər mübarizə aparmalı və onların hakimiyyətdə qalmasına imkan verməməliyik”.