BAKI, 19 fevral. TELEQRAF

Arxiyepiskop Baqrat Qalstanyanın həbs müddəti 2 ay uzadılıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Xatırladaq ki, Ermənistan İstintaq Komitəsi Baqrat Qalstanyan və rəhbərlik etdiyi hərəkatın iştirakçılarına qarşı Cinayət Məcəlləsinin 43-308-ci (terror aktlarına hazırlıq) və 43-419-cu maddələri (hakimiyyəti qəsb etməyə hazırlaşma) üzrə cinayət işi açıb. B. Qalstanyan bu ittihamlar üzrə həbs edilib.