BAKI, 12 fevral. TELEQRAF
“Brüssel bürokratları tez-tez Avropa İttifaqının (Aİ) genişlənmə siyasətindən manipulyasiya aləti kimi istifadə edirlər, belə olmamalıdır”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili deyib.
“Avropa İttifaqının genişlənmə siyasəti Avropa bürokratlarının tez-tez əl atdığı manipulyasiya aləti olmamalıdır. Bu məsələdə səmimi olmağa çalışırıq. Milli maraqlarımızdan çıxış edərək, Avropa bürokratlarının bizə münasibətindən asılı olmayaraq, münasibətləri istənilən səviyyədə davam etdirməyə hazırıq”, - o vurğulayıb.
Kavelaşvili əlavə edib ki, hazırda Gürcüstan-Aİ münasibətlərində bir sıra çağırışlar mövcuddur. Prezident konstruktiv və fəal dialoqun fikir ayrılıqlarının aradan qaldırılmasını mümkün edəcəyinə əminliyini ifadə edib.