BAKI, 12 fevral. TELEQRAF
“Niyə Fransa Prezidentindən soruşmursunuz ki, terrorçu dövlətlə (Rusiya ilə) Avropanın təhlükəsizlik siyasətini necə qurmağı planlaşdırır?”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstanın “Xalqın Gücü” partiyasının üzvü Quram Maçaraşvili Fransa Prezidenti Emmanuel Makronun bəyanatını şərh edərkən deyib.
Maçaraşvili bildirib ki, əvvəl Gürcüstanı Rusiyaya qarşı silahlandıranlar bu gün Rusiya ilə birlikdə Avropanın təhlükəsizlik arxitekturasını qurmağı planlaşdırırlar:
“Fransa Prezidenti söyləyir ki, təhlükəsizlik arxitekturasını Rusiya ilə birlikdə qurmalı olacaqlar. Emmanuel Makron Avropanın adından belə bir bəyanat verdikdə heç utandınızmı? Üç il əvvəl Gürcüstanı silahlandırırdılar, deyirdilər ki, Rusiyaya ilə öz konfliktinizlə kifayətlənməyin, Ukraynadakı müharibəyə də girməlisiniz, Rusiya pisdir. İndi isə məlum olur ki, Rusiya “pis” deyilmiş, “yaxşı” imiş, Rusiya Avropadır və Avropa təhlükəsizliyi Rusiya ilə birlikdə qurmalıdır”.
Siyasətçi Gürcüstanın qərbyönlü müxalif qüvvələrinə xitabla qeyd edib:
“Məntiqiniz haradadır, niyə Makron anti-Avropa bəyanatı verir? Niyə ona Rusiyanın terrorçu dövlət olduğunu xatırlatmırsınız? Niyə Fransa Prezidentinə sual vermirsiniz ki, terrorçu dövlətlə və terrorçu prezidentlə (Vladimir Putin ilə) Avropanın təhlükəsizlik siyasətini necə qurmağı planlaşdırır? Sual vermirsiniz, çünki obyektiv deyilsiniz. Bu, ədalətsizlik və anarxiyadır, liberalizm nağılı da belə bitdi”.
Makron demirdi ki, Gürcüstan coğrafi baxımdan Avropa deyil, Rusiyaya qarşı konfliktə girməlisiniz? İndi isə Rusiyanı qucaqlayır”.
Fransa Prezidenti Emmanuel Makron bundan əvvəl belə demişdi:
“İstəsək də, istəməsək də, Rusiya qapımızın yanındadır, Moskva və Kiyev sülh sazişinə nail olduqdan sonra yeni təhlükəsizlik arxitekturasını Rusiya ilə birlikdə qurmalı olacağıq”.