BAKI, 9 fevral. TELEQRAF

“Xarici təzyiqlər şəraitində həyata keçirilən ardıcıl siyasət Gürcüstanın mövqelərini möhkəmləndirib”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri Maka Boçorişvili deyib.

“Ölkəmiz faktiki olaraq hadisələrin episentrinə düşdüyü, bir növ xarici müdaxilələr və xarici aktorlar tərəfindən xüsusi hücumların hədəfinə çevrildiyi vaxtda ardıcıl siyasətin aparılması son dərəcə vacib idi. Gürcüstan hökumətinin atdığı addımlar və həyata keçirdiyi ardıcıl siyasətin nəticəsidir ki, bu gün Gürcüstan daha möhkəm dayanır, həm daxildə, həm də beynəlxalq arenada özünü daha yaxşı mövqeləndirir”, - xarici işlər naziri bildirib.

Boçorişvilinin sözlərinə görə, əldə olunan nəticələr ölkəyə xarici siyasət kursunu milli maraqlara uyğun şəkildə davam etdirməyə imkan verir:

“Deyə bilərik ki, milli maraqlarımızı qoruya bildik, bu gün artıq ölkəmizin daha yaxşı mövqeləndirilməsi, suverenliyinin möhkəmləndirilməsi, eləcə də Gürcüstanın təhlükəsizliyi, sabit inkişafı və iqtisadi rifahı ilə bağlı məqsədlərə çatmaq üçün zəruri olan xarici siyasi addımları atırıq”.