BAKI, 6 fevral. TELEQRAF
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və xarici işlər naziri Maka Boçorişvili Milanda Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Kirsti Koventri tərəfindən təşkil olunan qəbulda iştirak edib.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Administrasiyası məlumat yayıb.
Mixeil Kavelaşvili və Maka Boçorişvili tədbir çərçivəsində ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens və dövlət katibi Marko Rubio da daxil olmaqla müxtəlif ölkələrin liderləri ilə görüşüblər.
Qeyd edilib ki, söhbət zamanı iki ölkənin ortaq maraqlarına diqqət yetirilib.