BAKI, 5 fevral. TELEQRAF
“Ermənistan KTMT ilə bağlı suallarına hələ də cavab almayıb”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdə deyib.
Spiker Rusiyada tez-tez Ermənistanı hədəf alan açıqlamalara da diqqət çəkib:
“Bu, təkcə bizi yox, erməni cəmiyyətini də narahat edir. Səfirə öz təəssüratlarımı çatdırmışam. Erməni cəmiyyətində Moskvadan səslənən bəyanatlara çox mənfi reaksiya verilir. Onlar belə reaksiya göstərirlər, çünki Moskva vacibdir, fikirləri önəmlidir. Moskvanın müttəfiq olduğu qavrayışı həmişə mövcud olub və qalır. Buna görə də belə bəyanatları eşitmək böyük təəssüf doğurur”.