BAKI, 5 fevral. TELEQRAF

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili həyat yoldaşı Tamar Baqrationi və onu müşayiət edən nümayəndə heyəti ilə birlikdə XXV Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün Milanda (İtaliya) işgüzar səfərdədir.

Teleqraf xəbər verir ki, açılış mərasiminin əsas tədbiri Milandakı “San Siro” Olimpiya Stadionunda keçiriləcək.

Prezident administrasiyasının məlumatına görə, səfər çərçivəsində Mixeil Kavelaşvili XXV Qış Olimpiya Oyunlarında Gürcüstan Olimpiya nümayəndə heyəti ilə görüşəcək və fiqurlu konkisürmə üzrə komanda yarışında gürcü idmançılarına azarkeşlik edəcək.

XXV Qış Olimpiya Oyunlarında Gürcüstan səkkiz idmançı ilə yarışacaq.