BAKI, 4 fevral. TELEQRAF
Rusiya xarici işlər naziri Sergey Lavrov fevralın 5-də Moskvada Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşəcək.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
Zaxarovanın sözlərinə görə, danışıqlarda ikitərəfli əməkdaşlıq və regional məsələlər müzakirə olunacaq.
“Moskva və İrəvanın ortaq Avrasiya strukturları çərçivəsində qarşılıqlı əlaqəsi və bu sahədə dialoqa xüsusi diqqət yetiriləcək”, - diplomat qeyd edib.