BAKI, 20 yanvar. TELEQRAF
“Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Ermənistanda keçiriləcək parlament seçkiləri zamanı “Moldova ssenarisi”nin tətbiq ediləcəyi barədə açıqlamaları fonunda erməni cəmiyyəti ciddi şəkildə düşünməlidir”.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Kaya Kallas vəd edib ki, Aİ Ermənistana Moldovada olduğu kimi, seçkilərə xarici müdaxilə ilə mübarizədə kömək edəcək:
“Ermənistanda seçkilər yaxınlaşır. Moldovada etdiyimiz kimi, Ermənistana da zərərli xarici müdaxiləyə qarşı mübarizədə kömək edəcəyik”.
Sergey Lavrov bu barədə danışarkən bildirib:
“Əgər Avropa diplomatiyasının rəhbəri Kaya Kallas açıq şəkildə etiraf edirsə ki, Ermənistanda qarşıdakı seçkilər zamanı “Moldova ssenarisi” tətbiq olunacaq, erməni cəmiyyətinin yerində olsaydım, bu barədə ciddi düşünərdim. Çünki “Moldova ssenarisi” ondan ibarət olub ki, seçkilər rejimin xeyrinə kobud şəkildə saxtalaşdırılıb”.