BAKI, 20 yanvar. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampdan Qəzza Sülh Şurasına təsisçi üzv kimi qoşulmaq üçün rəsmi dəvət alıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin sözçüsü Nazeli Baqdasaryan məlumat verib.

“Baş nazir Paşinyan təklifi qəbul edərək, Ermənistanın sülhün təşviqinə sadiqliyini bir daha təsdiqləyib”, - o qeyd edib.