BAKI, 19 yanvar. TELEQRAF
“Əgər söhbət Rusiya və Türkiyənin TRIPP layihəsində (“Tramp Marşrutu”) iştirakından gedirsə, belə bir müzakirə yoxdur”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan jurnalistlərə deyib.
“TRIPP şirkətinin necə yaradılacağı ilə bağlı sənəd dərc olunub. Xatırladım ki, bu, Ermənistan-Amerika şirkətidir, başqa ölkələrin iştirakı nəzərdə tutulmayıb. Amma TRIPP layihəsindən daha geniş miqyasda fayda götürmək məsələsinə gəldikdə, əlbəttə, bundan həm Azərbaycan, həm Türkiyə, həm Gürcüstan, həm İran, həm Rusiya, həm Mərkəzi Asiya, həm də Avropa ölkələri faydalanacaqlar. TRIPP-in işə düşməsi və açılması nəticəsində, məsələn, Ermənistan İranla dəmir yol əlaqəsi əldə edəcək, eləcə də Rusiya və Türkiyə ilə”, - o bildirib.