BAKI, 15 yanvar. TELEQRAF
ABŞ artıq TRIPP layihəsinin hazırlıq prosesi üçün 140 milyon dollar ayırıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan hökumət iclasından sonra jurnalistlərlə söhbətində bildirib.
“Bildiyim qədər hazırda proqramın hazırlıq prosesi üçün artıq 140 milyon dollar ayrılıb”, - Paşinyan deyib.
Konkret investisiyalara gəlincə, Baş nazir bunların layihə və büdcə hesablamaları ilə bağlı olduğunu qeyd edib. Amma Paşinyan investisiyaların böyük olacağını vurğulayıb.
“Hələlik dəqiq rəqəmi müəyyən etmək mümkün deyil”, - o əlavə edib.