BAKI, 14 yanvar. TELEQRAF
“Ermənistanın təhlükəsizlik və gömrük orqanlarının əməkdaşları TRIPP-in (və ya “Tramp yolu”nun) ölkə ərazisindən keçən marşrutlarında fiziki olaraq iştirak edəcəklər”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan layihənin icrası qaydalarını əks etdirən yayımlanmış sənədi şərh edərkən bildirib.
Nazirin sözlərinə görə, sərhəd və gömrük nəzarəti sahəsində bütün suveren səlahiyyətlər yalnız Ermənistanın dövlət orqanları tərəfindən həyata keçiriləcək və bu, “bek-ofis” funksiyasına aid orqanların səlahiyyətindədir:
“Son gömrük qərarları, təhlükəsizliyin təmin edilməsi tədbirləri, miqrasiya nəzarəti, zərurət yarandıqda hüquq-mühafizə tədbirləri, eləcə də icazələrin verilməsi, yoxlama və nəzarətlər yalnız Ermənistanın səlahiyyətli orqanlarının istisnasız səlahiyyətindədir”.
Mirzoyan vurğulayıb ki, “front-ofis” nümayəndələri TRIPP şirkəti ilə müqavilə əsasında işləyən özəl operatorlar yalnız köməkçi funksiyalar yerinə yetirəcək və qərar qəbul etmək səlahiyyətinə malik olmayacaqlar:
“Ermənistan məmurları bütün sərhəd və gömrük müəssisələrində fiziki iştiraklarını saxlayacaqlar”.