BAKI, 14 yanvar. TELEQRAF

“Dünən ABŞ-nin paytaxtı Vaşinqtonda sülhün institutsionallaşdırılması və TRIPP (“Tramp yolu”) layihəsinin praktiki tətbiqi istiqamətində daha bir mühüm addım atıldı, hamımızı bu münasibətlə təbrik edirəm”.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Xatırladaq ki, dünən Vaşinqtonda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla ABŞ dövlət katibi Marko Rubio arasında görüş keçirilib. Görüşdən sonra tərəflər arasında TRIPP layihəsinə dair bəyanat imzalanıb.