BAKI, 7 yanvar. TELEQRAF

“Gürcüstan qlobal güc deyil ki, qlobal proseslərə bizim tərəfimizdən verilən qiymətləndirmələrin hansısa əhəmiyyəti olsun. Beynəlxalq təhlükəsizlik sistemi mövcud deyil, hər kəs öz milli maraqlarına uyğun hərəkət edir”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Venesuela Prezidenti Nikolas Maduronun ABŞ tərəfindən həbs edilməsi barədə danışarkən deyib.

“Bax, bizim diqqət yetirməli və düşünməli olduğumuz məqam budur. Xarici ölkələrin bayraqlarını dalğalandırmaq əvəzinə, əlimizə Gürcüstan bayrağını alaq. Hamı gürcü dəyərlərinə qayıtmalıdır. Artıq gördük ki, yad dəyərlər hansı nəticəni verdi.

Maduro məsələsinə gəlincə, “bizim gürcü Maduromuz” da (sabiq prezident Mixeil Saakaşvilini nəzərdə tutur – red.) Rustavidə 12 saylı həbsxanada oturur”, - spiker bildirib.