BAKI, 6 yanvar. TELEQRAF

“Erməni kilsələrində ayinlər zamanı “Sülh üçün Tanrıya yalvaraq” ifadəsi səslədirilir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Hamımız uzun müddətdir Tanrıya sülh üçün dua edirik, amma nəhayət, başa düşdüyümüz o an gəlib çatıb ki, Tanrıya sülh üçün dua etməyə paralel olaraq, özümüz də əməllərimiz, qərarlarımız və addımlarımızla bu sülhü yaratmalıyıq”.