BAKI, 31 dekabr. TELEQRAF
Gürcüstan xarici işlər naziri Maka Boçorişvili ilə Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayev arasında telefon danışığı olub.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər 2025-ci il ərzində ikitərəfli münasibətlərin dinamikasını müsbət qiymətləndiriblər.
Söhbət zamanı ticari-iqtisadi və tranzit-logistika sahələrində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyinə diqqət yetirilib.
Tərəflər həmçinin iki ölkə arasında siyasi dialoqun daha da inkişafına töhfə verən qarşılıqlı yüksək səviyyəli səfərlərin vacibliyini vurğulayaraq, gələcək planları müzakirə ediblər.