BAKI, 24 dekabr. TELEQRAF

“Bu gün Azərbaycan xalqı və bütün Qafqazın böyük oğlu İlham Əliyevin doğum günüdür”.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial media hesabında yazıb.

“İlham Əliyev hamımızın arzuladığı hər şeyə nail olub: Azərbaycan torpaqlarını azad edib, sülhü təmin edib və Azərbaycanı beynəlxalq siyasətdə bir obyektdən çox mühüm bir subyektə çevirib. Müasir tarixdə dünya liderlərindən çox azı belə nailiyyətlərlə fəxr edə bilər. Əminliklə demək olar ki, İlham Heydər oğlu adını tarixə qızıl hərflərlə yazdırıb və əsrlər boyu xatırlanacaq.

Mən Prezident Əliyevlə dostluq etmək və onunla sıx əməkdaşlıq etmək imkanı əldə etdiyim üçün qürur duyuram. Bu gün o, bütün dünyaya xalqın ləyaqətini qorumaqda prinsipiallıq və dönməzliyin nümunəsini göstərir. Əsl lider də məhz belə olmalıdır - axına qarşı getməkdən qorxmayan və nəticə əldə edən lider. Ona uzun ömür və ölkəsinə firavanlıq arzulayıram”, - o vurğulayıb.