BAKI, 15 dekabr. TELEQRAF

“Milli Hərəkat elektoral və reputasiya baxımından artıq ləğv olunmuş bir partiyadır. Ümid edirəm ki, bizim bu partiya ilə bağlı Konstitusiya Məhkəməsinə təqdim etdiyimiz iddia əsasında sözügedən partiya qadağan ediləcək və ləğv olunacaq”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin vitse-spikeri Nino Tsilosani deyib.

Tsilosaninin sözlərinə görə, Milli Hərəkat Partiyasının Konstitusiya Məhkəməsinə cavab iddiası təqdim etməsi özünü xilas etməyə yönəlmiş cəhddir.

“‘Milli Hərəkatın taleyini artıq gürcü xalqı müəyyən edib. Buna görə də onların iddiası Konstitusiya Məhkəməsinin qərarını kölgədə qoya bilməz”, - o əlavə edib.

Qeyd edək ki, söhbət Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasından gedir.