BAKI, 6 dekabr. TELEQRAF

“Ermənistan cəmiyyəti Azərbaycanla sülhə hazırdır”.

Teleqraf xəbər verir ki, bunu Dohada Azərbaycanın prezidentinin köməkçisi Hikmət Hacıyevin iştirakı ilə keçirilən panel müzakirəsi zamanı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

“Deyə bilərəm ki, Ermənistan cəmiyyəti hazırdır, onlar sülh istəyirlər, sülh prosesi və sülhün institutlaşdırılmasını dəstəkləyirlər. Bu istiqamətdə intensiv işləyirik”, - o qeyd edib.

Qriqoryan söyləyib ki, hökumətlərin qəbul etdiyi qərarlarla paralel olaraq cəmiyyətlər arasında etimad mühitinin yaradılması da vacibdir:

“Vətəndaş cəmiyyəti də bu prosesdə iştirak edir. Bu yaxınlarda Bakıdan olan vətəndaş cəmiyyəti nümayəndələri İrəvanda, eyni müddətdə İrəvandan olan vətəndaş cəmiyyəti nümayəndələri də Bakıda oldular. Ümid edirik ki, cəmiyyətlər səviyyəsində etimadın yaradılması ilə bu fəaliyyətləri davam etdirəcəyik”.