BAKI, 6 dekabr. TELEQRAF

“Ermənistan (Baş nazir) Nikol Paşinyandan qurtulmalıdır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan deyib.

“Bu gün Nikol Paşinyan Ermənistan Respublikasının boynunda ilgəkdir, bu ilgəkdən qurtulmalıyıq”, - o bildirib.

Köçəryan həmçinin qeyd edib ki, Paşinyan 2018-ci ildə “Qarabağ Ermənistandır” bəyanatını verərək, müharibənin başlamasına səbəb olub.