BAKI, 3 dekabr. TELEQRAF

Ləğv edilmiş separatçı rejimin sonuncu lideri Samvel Şahramanyan Ermənistan İstintaq Komitəsinə çağırılıb.

Teleqraf xəbər verir ki, bu barədə onun vəkili Roman Yeritsyan bildirib.

“Samvel Şahramanyan arxiyepiskop Baqrat Qalstanyanın işi üzrə dindirilmək üçün telefonla İstintaq Komitəsinə çağırılıb”, - o qeyd edib.

Xatırladaq ki, Ermənistan İstintaq Komitəsi Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkatın liderləri və iştirakçılarına qarşı Cinayət Məcəlləsinin 43-308-ci (terror aktlarına hazırlıq) və 43-419-cu maddələri (hakimiyyəti qəsb etməyə hazırlaşma) üzrə cinayət işi açıb. B.Qalstanyan bu ittihamlar üzrə həbs edilib.