BAKI, 29 noyabr. TELEQRAF
Gürcüstan ABŞ ilə münasibətlərdə öz addımını atıb və indi Vaşinqtondan cavab gözləyir.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
"Biz demək istədiyimizi dedik: əl uzatdıq və cavab gözləyirik. Cavab nə qədər tez olarsa, Gürcüstan-ABŞ münasibətləri üçün bir o qədər yaxşıdır. Cavab gözlənilən müddətdə Gürcüstan mövqeyini qoruyur və öz prinsiplərinə sadiq qalır",- o qeyd edib.