BAKI, 27 noyabr. TELEQRAF

“ABŞ Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasında aktiv şəkildə iştirak edir”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri Maka Boçorişvili ABŞ-nin Azərbaycan-Ermənistan sülh prosesindəki rolundan danışarkən deyib.

“ABŞ regionumuzda Azərbaycan və Ermənistan arasında münaqişənin həllində aktiv şəkildə iştirak edir. Bu gün iki ölkə arasında müşahidə edilən və münasibətlərin normallaşmasına yönəlmiş dinamikanı alqışlayırıq. Regionumuz sülhə və davamlı sabitliyə ehtiyac duyur. Əgər bizim rolumuz Orta Dəhlizdə daha da güclənərsə, bu hamı üçün, ilk növbədə isə ölkəmiz üçün faydalı olacaq. Bu prosesləri diqqətlə izləyirik və təkcə müşahidəçi deyilik, həm də iştirakçıyıq”, - o bildirib.