BAKI, 20 noyabr. TELEQRAF
“Avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmalar təkcə iki ölkə arasında deyil, həm də Gürcüstan üçün də yeni imkanlar açacaq”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstana səfəri çərçivəsində Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan deyib.
“Ermənistan və Gürcüstan daim hər iki tərəfi narahat edən məsələlər üzrə açıq görüşlər keçirir. Əlbəttə, regional əməkdaşlıq barədə də danışırıq, çünki avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasından sonra faktiki olaraq təkcə Ermənistan-Azərbaycan xəttində deyil, eyni zamanda bu, dost Gürcüstan üçün də yeni imkanlar açacaq”, - o bildirib.