BAKI, 20 noyabr. TELEQRAF

İsveç Gürcüstanda baş verən hadisələrdən narahatdır.

Teleqraf xəbər verir ki, bu barədə İsveç xarici işlər naziri Mariya Malmer Stenerqard bildirib.

Nazir bu barədə Brüsseldə Avropa İttifaqının Xarici İşlər Şurasının iclası başlamazdan əvvəl danışıb:

“Gürcüstanda baş verən hadisələrdən son dərəcə narahatıq. Onlar Avropa İttifaqına üzvlük əleyhinə sürətli addımlar atırlar. Biz hər vasitə ilə demokratiya və mətbuat azadlığı uğrunda mübarizə aparan vətəndaşlara dəstək olmağa çalışırıq, çünki Gürcüstan üçün bunu təcili və vacib hesab edirik”.