BAKI, 6 noyabr. TELEQRAF
Gürcüstanda sabiq prezident Mixeil Saakaşvili və bir qrup müxalifət lideri barəsində cinayət işi açılıb.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze brifinqdə bildirib.
"Cinayət işin açılmasına səbəb onların hakimiyyətin zorla devrilməsinə çağırış etmələri olub. İstintaq çərçivəsində bu çağırışlarla bağlı sübutlar toplanır və hadisənin bütün iştirakçıları müəyyən edilir",- o qeyd edib.