BAKI, 2 oktyabr. TELEQRAF

Gürcüstanda Ermənistan və Ukrayna vətəndaşları barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək başqasına məxsus külli miqdarda pulu mənimsəmək ittihamı ilə həbs qətimkan tədbiri seçilib.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Ukrayna vətəndaşı barəsində qiyabi həbs qərarı verilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, cinayət 11 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.