BAKI, 25 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Türkiyə xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalınla Azərbaycan və Ermənistanla bağlı fikir mübadiləsi apardığını bildirib.

Teleqraf xəbər verir ki, o, əlaqəni ABŞ-nin Türkiyədəki səfiri Tomas Barak vasitəsilə yaratdığını bildirib.

“Toma zəng edib İbrahimin (həmçinin Fidanın) bu məsələ ilə bağlı fikirlərinin necə olduğunu soruşuram. Buna bənzər çoxlu misallar verə bilərəm”, - Uitkoff qeyd edib.

ABŞ rəsmisi onlarla Ukrayna ilə bağlı məsələləri də müzakirə etdiyini açıqlayıb.

Stiven Uitkoff Hakan Fidan və İbrahim Kalını “vacib insanlar” adlandırıb.