BAKI, 22 sentyabr. TELEQRAF

“Onilliklər ərzində Ermənistanın təhlükəsizlik strategiyası yalnız bir qütbdən (Rusiyanı nəzərdə tutur – red.) asılı olub və bu, bizim üçün çoxsaylı problemlər yaradıb”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan deyib.

“Hazırda onun şaxələndirilməsi üzərində işləyirik. Siyasi, iqtisadi və təhlükəsizlik əlaqələrinin şaxələndirilməsi qonşularla mehriban qonşuluq münasibətlərinin yaradılmasını və bütün tərəflərlə əməkdaşlığı nəzərdə tutur”, - vitse-spiker bildirib.