BAKI, 4 sentyabr. TELEQRAF
“Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr çox yaxşı inkişaf edir”.
Teleqraf xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
“İqtisadi sahədə əlaqələr çox yaxşı inkişaf edir. Daim təmasdayıq. O cümlədən, ŞƏT-in sammiti çərçivəsində həmkarlarımızla fəal ünsiyyətdə olduq. Ona görə də, Azərbaycanla iqtisadi baxımdan əlaqələrimiz planlaşdırdığımız kimi normal inkişaf edir”, - Overçuk bildirib.
Həmçinin o qeyd edib ki, Rusiya Azərbaycanda saxlanılan vətəndaşların tezliklə qayıdacağına ümid edir: “Ümid edirik ki, bu insanlar tezliklə öz vətənlərində olacaqlar və Azərbaycan bu insanların evlərinə buraxılmasında anlayışla yanaşacaq”.