BAKI, 29 avqust. TELEQRAF

İrəvanda həbs edilən erməni əsilli rusiyalı iş adamı Samvel Karapetyanın yaratdığı siyasi partiya 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkilərində iştirak edəcək.

Teleqraf xəbər verir ki, bu barədə biznesmenin qardaşı oğlu Narek Karapetyan məlumat verib.

Qeyd edək ki, iyunun 18-də Ermənistan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Samvel Karapetyanı saxlayıblar. O, hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunur və barəsində bu məsələ üzrə həbs qətimkan tədbiri seçilib.

Karapetyan həbs olunduqdan sonra yeni siyasi qüvvə yaratmaq niyyətində olduğunu bəyan edib.