BAKI, 28 avqust. TELEQRAF

Azərbaycan və Ermənistan sentyabrda ABŞ-də əldə olunan razılaşmaların detallarını müzakirə etməyə başlayacaq.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan məlumat verib.

“Sentyabrda detalları müzakirə etməyə başlayacağıq, amma bu, elan edilmiş prinsiplərə zidd ola bilməz”, - o qeyd edib.

N.Paşinyan əlavə edib ki, regionda mümkün kommunikasiyaların açılması onların keçdiyi ölkələrin yurisdiksiyasında olmalıdır.