BAKI, 27 avqust. TELEQRAF
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Qırğızıstan xarici işlər naziri Jenbek Kulubayevlə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, Qırğızıstan xarici işlər naziri erməni həmkarını Vaşinqton razılaşmaları münasibətilə təbrik edib.
Ararat Mirzoyan əldə olunmuş razılaşmaların təfərrüatlarını, o cümlədən Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin və sülhün yaradılması haqqında sazişin paraflanması və regional kommunikasiyaların açılmasının yaratdığı imkanları təqdim edib.
Ararat Mirzoyan və Jenbek Kulubayev ikitərəfli formatda və çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.