BAKI, 21 avqust. TELEQRAF
Ermənistanda dövlət çevrilişin cəhd ittihamı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş arxiyepiskop Baqrat Qalstanyanın həbs müddəti məhkəmənin qərarı ilə 3 ay uzadılıb.
Teleqraf xəbər verir ki, vəkillər arxiyepiskop və onun 17 tərəfdarının işi üzrə məhkəmə iclasını boykot ediblər.
Xatırladaq ki, Ermənistan İstintaq Komitəsi B.Qalstanyanın rəhbərlik etdiyi hərəkatın liderləri və iştirakçılarına qarşı Cinayət Məcəlləsinin 43-308-ci (terror aktlarına hazırlıq) və 43-419-cu maddələri (hakimiyyəti qəsb etməyə hazırlaşma) üzrə cinayət işi açıb.