BAKI, 19 avqust. TELEQRAF
İran xarici işlər naziri Abbas Əraqçi Ermənistan Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkianın rəhbərlik etdiyi iki ölkə arasındakı danışıqlarını “ciddi” adlandırıb.
Teleqraf xəbər verir ki, o, tərəflər arasında bir çox məsələlərlə bağlı müzakirələrin aparıldığını bildirib.
“Tranzit və tranzit marşrutlarının (Zəngəzur dəhlizi – red.) müzakirəsi və Vaşinqtonda baş verən son hadisələrə gəlincə, Ermənistan tərəfi İranın qırmızı xətləri ilə tanış olduğuna və həmişə onlara diqqət yetirdiyinə və İrana öz ərazisindən hər hansı təhlükə törətməsinə heç vaxt imkan verməyəcəyinə dair çox ətraflı izahatlar və lazımi zəmanətlər verdi”, - Əraqçi qeyd edib.
İranlı nazirin sözlərinə görə, Ermənistan tərəfi ilə iki ölkə arasında strateji əməkdaşlığa dair hərtərəfli sənədin tezliklə tamamlanacağına dair razılaşma var.