BAKI, 9 avqust. TELEQRAF
Kipr Respublikası Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Kipr Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Kipr Ağ Evdə Prezident Donald Trampın iştirakı ilə Ermənistan və Azərbaycanın sülhlə bağlı müqavilə imzalamasını hərarətlə alqışlayır. Bu tarixi saziş Ermənistan-Azərbaycan nizamlanması prosesinə tam hörmətlə yanaşılmaqla, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında regionda davamlı sülh və real inkişaf üçün yaxşı məqam və böyük perspektivlər yaradır. Kipr Prezident Trampın sazişin reallaşmasındakı praktik rolunu alqışlayır”, - Kipr Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.