TBİLİSİ, 9 avqust. TELEQRAF

Azərbaycanla Ermənistan arasında imzalanmış tarixi saziş Cənubi Qafqaz bölgəsində davamlı sülhün bərqərar olması istiqamətində mühüm addımdır və regionun uzunmüddətli və sabit inkişafı üçün yeni imkanlara yol açır.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.

Qeyd olunub ki, Gürcüstan regionda sülhün möhkəmləndirilməsinə, Cənubi Qafqazın sabitliyinə və rifahına yönələcək əməkdaşlığın gücləndirilməsini qətiyyətlə dəstəkləyir.

“Biz Cənubi Qafqazda onilliklərlə davam edən münaqişəyə son qoymaqda ABŞ-nin və Prezident Donald Trampın müstəsna töhfəsini və səylərini alqışlayırıq. Ümid edirik ki, bu tarixi hadisə Qara dəniz regionunda və bütövlükdə dünyada münaqişələrin sülh yolu ilə həlli üçün zəncirvari reaksiya yaradacaq", - bəyanatda deyilir.