BAKI, 9 avqust. TELEQRAF

"Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp görüşün nəticəsi olaraq Ağ Evdə imzalanan birgə bəyannamə Cənubi Qafqazda sülh, rifah və iqtisadi əməkdaşlıq səhifəsinin açıldığına əminlik yaradır".

Teleqraf xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

"Bu gün həqiqətən tarixi bir hadisə baş verdi. Artıq Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olduğunu təsdiq edə bilərik. Əlbəttə, biz əsası qoyulmuş sülhü institutlaşdırmağa davam etməliyik. Başladılmış bu proses, şübhəsiz ki, davam etdiriləcək", - Baş nazir deyib.

Paşinyanın sözlərinə görə, baş verənlər həm Ermənistan və Azərbaycan, həm də bütün region üçün böyük uğurdur.