TBİLİSİ, 14 iyul. TELEQRAF
Latviya arzuolunmaz elan etdiyi Gürcüstan vətəndaşlarının siyahısını genişləndirib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə qərarı Latviyanın xarici işlər naziri Bayba Braje qəbul edib.
Onun sözlərinə görə, daha 55 Gürcüstan vətəndaşının Litvaya girişi qadağan edilib. XİN başçısı qadağanın qeyri-müəyyən müddətdə qüvvədə qalacağını bildirib.
Qeyd edək ki, Latviya Gürcüstana qarşı sanksiyalar tətbiq edən ilk ölkələrdən biri olub. Bu ilin martında 16 Gürcüstan vətəndaşının Latviyaya girişi qadağan edilib. Baltikyanı ölkə bu qərarı Gürcüstanda baş verən “repressiyalar”a və “insan haqlarının pozulması”na görə qəbul etdiyini açıqlayıb.