BAKI, 16 oktyabr. TELEQRAF
“Tramp marşrutu”nun (TRIPP) tikintisinin bu il başlaması o qədər də real görünmür”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Bizim yanaşmamız belədir: nə qədər tez olsa, bir o qədər yaxşıdır. Çalışırıq ki, bu il tikintiyə müəyyən formada başlanılsın. Bilmirəm, mütəxəssislər deyirlər ki, çatdırmaq çətin olacaq.
TRIPP layihəsi ilə bağlı hələ iki sənəd qalıb. Bunlardan biri TRIPP şirkətinin yaradılmasını nəzərdə tutan səhmdarlar sazişi, digəri isə şirkətin nizamnaməsidir. Bu sənədlər yekun mərhələdədir, son düzəlişlər edilir”, - o bildirib.